İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Müdafiə Nazirliyi TƏCİLİ məlumat yaydı

2207 12.07.2023 09:19 Son xəbər A A

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Bu barədə Musavat.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR