İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! İsrailin Qəzza əməliyyatı BU ZAMAN sona çatacaq

617 16.11.2023 13:00 Dünya A A

 

"İsrailin Qəzza əməliyyatı HƏMAS artıq israilliləri öldürə bilməyəndə sona çatacaq".

Musavat.com xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden deyib.

O bildirib ki, İsrail ordusu “məqsədlərinə çatmaq üçün mümkün qədər diqqətli davranmağa borcludur”.

Bayden İsrailin Qəzzadakı Əl-Şifa xəstəxanası ətrafında fəaliyyət göstərərək riskə getdiyini ifadə edib. O, ABŞ rəsmilərinin israillilərlə görüşdüyünü və onları Fələstin bölgəsindəki xəstəxanalar ətrafında hərbi hərəkətlərdə "inanılmaz dərəcədə diqqətli" olmağa çağırdığını söyləyib.

ABŞ lideri İsrailin baş naziri Benyamin Netanyahu ilə razılaşmadığını açıq şəkildə ifadə edib: "İsraillilərə Qəzzanı yenidən işğal etməyin böyük səhv olacağını açıq şəkildə söylədim".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR