İnsanlara hürriyət, millətlərə istiqlal!

Tehrandan bütün uçuşlar DAYANDIRILDI, İsrail bu ərazilərə ZƏRBƏLƏR endirir - CANLI

1166 05.08.2024 11:55 Siyasət A A

İsrail ordusunun qırıcıları Livanın cənubundakı Hizbullah hərbi obyektlərinə, o cümlədən silah anbarına gecə zərbələri endirib.

İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. “Gecə saatlarında İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kfarkela bölgəsində Hizbullah terror təşkilatının silah anbarına və bir neçə infrastruktur obyektinə hücum edib”, - məlumatda bildirilib. Qeyd edilib ki, Livanın cənubundakı Şebaa və Raçaya əl-Fuhar bölgələrindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriya zərbəsi də endirilib.

İsrail Baş Təhlükəsizlik Xidməti Qüds ərazisində İsrail rəhbərliyinin uzun müddət qala və ölkəni oradan idarə edə biləcəyi yeraltı bunkeri istismara hazırlayıb. “Valla” portalı məlumat yayıb. Məlumata görə, bunker Hizbullah hərəkatı və İran tərəfindən gözlənilən hücum fonunda hazırlanıb.

Ötən gecə İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar təxirə salınıb. Bununla bağlı “Açıq Mənbə Kəşfiyyat Monitoru” X hesabında paylaşım edib.
Qeyd edək ki, bu cür uçuş gecikmələri və ləğvlər bölgədəki hava limanlarında son bir neçə gündür ki, davam edir. Yaxın Şərqdə artan gərginlik, İran və onun proksi qüvvələrinin İsrailə hücum ehtimalı buna səbəb olub.

TVMusavat-ın bu gün saat 11:30-da canlı yayımlanan “Həftə-içi” verilişində aparıcı Emil Salamoğlu politoloq Vaqif Hüseynlə müzakirə aparır.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:


https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR