İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qarabağ” ÇL-də “Qalatasaray”la qarşılaşacaq? - PLEY-OFF SƏBƏTLƏRİ

744 05.08.2024 11:12 İdman A A

Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Musavat.com sportinfo.az-a istinadla xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Püşkdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi bilinəcək. Qurban Qurbanovun yetirmələrinin “Lüdoqorets”lə təşkil etdiyi cüt səpələnməmişlər səbətində yer alacaq.

“Qarabağ”ın rəqibləri arasında əvvəlki mərhələlərdən azad olan üç klub və iki cüt var: “Dinamo” Z, “Srvena Zvezda”, "Malmö" - PAOK , "Midtulland" - "Ferentsvaroş" və “Yanq Boyz”.

"Qalatasaray” da səpələnməmişlər səbətindədir. Bu üzdən Azərbaycan və Türkiyə çempionları pley-offa qarşılaşa bilməz.

Pley-offun matçları avqustun 20-21-də və 27-28-də keçiriləcək.

Çempionlar yolu
Səpələnmişlər

“Dinamo” Z
“Srvena Zvezda”
"Malmö" - PAOK
"Midtulland" - "Ferentsvaroş"
“Yanq Boyz”

Səpələnməmişlər
"Qarabağ" - "Lüdoqorets"
“Qalatasaray”
"Slovan" - APOEL
"Yagellonya" - "Bodo Qlimt"
"Sparta" - "Styaua"

Liqa yolu
Səpələnmişlər

"Dinamo" K - “Reyncers”
“Slaviya” - “Union Sent Jiloaz”
Səpələnməmişlər
“Lill” - "Fənərbaxça"
“Zalsburq” - “Tvente”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR