İnsanlara hürriyət, millətlərə istiqlal!

"O qızdır" - Əlcəzairli boksçunun atası doğum şəhadətnaməsi göstərdi

1091 05.08.2024 10:25 İdman A A

Paris Olimpiadasında gender testindən keçə bilməyən əlcəzairli transvestit boksçu İman Xelifin atası idmançının uşaqlıq fotolarını və onun qız doğulduğunu təsdiqləyən doğum şəhadətnaməsini göstərib,

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, idmançının atası övladına edilən hücumların əxlaqsız və ədalətsiz olduğunu bildirib. “İman altı yaşından idmanı sevən balaca qız idi, futbol oynayırdı. Bu tənqid və şayiələr İmanı məhv etmək məqsədi daşıyır, onlar onun Olimpiya çempionu olmasını istəmirlər”, - Sky News onun sözlərini sitat gətirir.

Əlcəzair Olimpiya Komitəsi Xelifi qorumaq üçün BOK-a şikayət edib. Bu arada idmançı artıq olimpiadada özünə medal qazanıb. Bir gün əvvəl o, daha bir rəqibinə qalib gələrək yarımfinala yüksəlib.

Xatırladaq ki, iyulun sonunda BOK əlcəzairli boksçular İman Xelif və tayvanlı Lin Yutinqə Parisdə keçiriləcək Olimpiya oyunlarında qadınların yarışlarında iştirak etməyə icazə verib. Onların özlərini qadın sayan bioloji kişilər olduğu bildirilir.

İman Xeliflə italiyalı Angela Karini arasında keçirilən boks görüşü qalmaqala səbəb olub. Qız başına iki güclü zərbə aldıqdan sonra mübarizəni davam etdirməkdən imtina edib və göz yaşları içində rinqi tərk edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR