İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu quşlar meşələri yandırıb, ölü heyvanları yeyirlər - ŞOK məlumatlar

1326 05.08.2024 12:02 Maraqlı A A

Məşhur fransız sahibkar Luis Vitton yazılarından birində qeyd edir: “Ya insanlar elə edəcəklər ki, havada tüstü azalacaq, ya da tüstü elə edəcək ki, yer üzündə insanlar azalacaq”.

Söhbət əlbəttə, yalnız tüstüdən getmir. Məsələ insanın acgözlüklə və vəhşicəsinə təbiəti istismar etməyindədir. Sahibkar 19-cu əsrdə yaşayıb və həmin dövrdə təbiəti məhv edən sənaye günümüzdəki qədər inkişaf etməmişdi. Ən azı kosmosa raket göndərilmirdi.

İnsan etiraf etsə də, etməsə də təbiətdəki fəlakətlərin hansılarının təbii, hansılarının isə öz “bacarığı” olduğunu yaxşı bilir. Söhbət meşə yanğınlarından gedirsə, yanaşma bir az dəyişir. Bu fəlakət baş verərkən alimlər haqlı olaraq “ciyərlərimiz yanır” deyirlər. Əvvəllər meşə yanğınlarını təbii fəlakətlərin sırasına qatmaq istəsələr də, dəqiq araşdırmalar bu fikirləri alt-üst etdi. Yanmış ərazidə cinayət izləri axtarmaq çətin olsa da, mümkünsüz deyilmiş. Öncələr yanğınlara meşədə yandırılan ocaq, sönməmiş siqaret kötüyü, kibrit və s. səbəb olduğu müəyyən edilmişdi. Son araşdırmalar daha bir səbəb ortaya çıxardı. Meşəyə atılan şüşə qırıntıları qızmar günəş şüalarını əks etdirərək istilik yaradır və yanğına səbəb olur. Meşə yanğınları baş verdiyi ərazidə demək olar bütün canlıları: torpaqda, ağacda yaşayan heyvanları, bitki örtüyünü məhv edir.

Avstraliyada yay fəsli çox isti keçdiyinə və sıx meşə örtüyü olduğuna görə bu fəlakət oradan da yan keçmir. Son zamanlar artan meşə yanğınlarını qlobal istiləşmələr ilə əlaqələndirməyə çalışsaq da, insan əməyi bütün səbəbləri üstələyir.

Avstraliya əhalisini bu məsələdə diqqətli hesab etmək olar. Həm yaşayış yerləri meşələrdən uzaqdır, həm də əhali meşədə manqal yandırmağa həvəsli deyil. İnsanlar düşərgələrini meşələrdən xeyli uzaqda qururlar. Yəni yandırılan ocağı söndürməsələr də, kifayət qədər uzaqda yerləşən meşəni yandırmaq mümkün deyil.

Son dövrlərdə qitədə meşə yanğınları çoxalıb və heç bir araşdırma insanı günahlandırmağa səbəb tapmır. Mütəxəssislər məcbur olub bu məsələni daha dəqiq araşdırırlar. Və çox qəribə bir nəticəyə gəliblər. Meşə yanğını zamanı heyvanlar müşahidə olunur. Bəziləri təlaşa qapılıb qaçırlar, bəziləri yanğından çıxmağa fürsət tapmırlar. Bəziləri isə rahat-rahat yanan meşədə ova gedirlər. Bəli, söhbət çalağan quşlarından gedir. Bu quşlar yanıb məhv olmuş və ya yanmaq üzrə olan heyvanları tutub yeyirlər. Bəzən sakitcə kənarda durub yanğından çıxacaq “qida”larını gözləyirlər.

CALAGAN.jpeg (55 KB)

Çalağanları müşahidə edən mütəxəssislər daha bir şok yaşayıblar. Sən demə, quşlar təkcə heyvan yox, həm də köz ovuna çıxırmışlar. Uzaqda insanların yandırdığı ocaqlardan közləri götürüb qəsdən meşə zolağına atırlar. Bir cəhddə yanğın baş verməzsə, bu prosesi təkrar-təkrar həyata keçirirlər. Məqsədə çatıb istədikləri qədər qidalanandan sonra sakitcə hadisə yerindən uzaqlaşırlar.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR