İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrail İrana qabaqlayıcı zərbə endirmək istəyir – Bir şərt var...

501 05.08.2024 13:10 Dünya A A

İsrail rəhbərliyi Tehrandan hücum qaçılmaz olarsa, İrana qabaqlayıcı zərbə endirmək imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

Nəşrin xəbərinə görə, avqustun 4-ü axşam saatlarında İsrailin baş naziri Benyamin Netanyahu ordunun rəhbərliyi və kəşfiyyat xidmətləri ilə görüş keçirib. Bu toplantının iştirakçıları arasında müdafiə naziri Yoav Qalant, İsrail ordusunun baş qərargah rəisi Herzi Halevi, “Mossad” təşkilatının rəhbəri David Barnea və Baş Təhlükəsizlik Xidmətinin (əks-kəşfiyyat) rəhbəri Ronen Bar da olub.

Məlumata görə, görüş zamanı qeyd edilib ki, qabaqlayıcı tədbirlər yalnız İranın niyyətləri ilə bağlı kəşfiyyat məlumatlarının doğru olduğuna tam əminlik olduqda mümkün ola bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR