İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Gərginlik artır - 180 döyüş təyyarəsi eyni anda HƏRƏKƏTƏ KEÇDİ

3732 04.11.2022 14:30 Hadisə A A

Bu gün yerli vaxtla saat 11:00-15:00 arasında Şimali Koreyanın 180-dən çox hərbi təyyarəsi havaya qalxıb.

Musavat.com xəbər verir ki, bu barədə Cənubi Koreya ordusunun Baş Qərargahı məlumat yayıb.

Şimali Koreya ordusunun bu hərəkətinə cavab olaraq Cənubi Koreya Hərbi Hava Qüvvələrinin fövqəladə uçuşlar üçün 80 F-35A təyyarəsi ilə təqib dəstək uçuşları keçirdiyi açıqlanıb.

"Taktiki Hərəkət Xəttinin (TAL) şimalında daxili, şərq, qərb dənizləri də daxil olmaqla bir çox bölgədə fəaliyyət göstərən Şimali Koreya hava qüvvələrinə qarşı ilk andan hava hücumundan müdafiə vasitəsi ilə tam cavab mövqeyi tutublar" - Hərbi səlahiyyətlilər vurğulayıblar.

WhatsApp Image 2022-11-04 at 14.28.11.jpeg (52 KB)

Digər tərəfdən, Cənubi Koreya və ABŞ-ın ortaq hava təlimi olan "Vigilant Storm"a qatılan 240-a yaxın təyyarənin planlaşdırılan təlimləri yerinə yetirdiyi və hazır vəziyyətdə olduğu bildirilib.

“Cənubi Koreya Silahlı Qüvvələri ABŞ ilə sıx əməkdaşlıq çərçivəsində Şimali Koreya ordusunu yaxından izləyir və təxribata tam şəkildə hazırdır”, - Cənubi Koreya Baş Qərargahının məlumatında deyilir.

Xatırladaq ki, Cənubi Koreya və ABŞ ordularının birgə həyata keçirdiyi hava təlimi Şimali Koreya tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Təlimdə ümumilikdə 240 döyüş təyyarəsi və çox sayda şəxsi heyət iştirak edir. Cənubi Koreya Hərbi Hava Qüvvələrinə aid 140 təyyarənin daxil olduğu təlimdə F-35A, F-15K, KF-16 və KC-330 təyyarələri xüsusi yer tutur.

ABŞ ordusunun U-2 kəşfiyyat təyyarəsi və bir çox EA-18 döyüş təyyarəsi bölgədə birgə təlim missiyalarını davam etdirir.

Nigar Cəfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR