İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistan tərəfi mövqelərimizi atəşə tutub- Sülhməramlıların gözü qarşısında...

2101 24.03.2023 21:05 Son xəbər A A

Martın 24-ü axşam saatlarında Ordumuzun Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqeləri bir neçə dəfə atəşə tutulub.

Bu barədə Musavat.com-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə Azərbaycan-Ermənistan şərti sərhədinin müxtəlif istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutub.

Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonu istiqamətində yerləşən mövqeləri də atəşə məruz qalıb.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR