İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Ermənistan sərhədə qüvvə yığır, Brüsseldən TƏCİLİ Xankəndi açıqlaması... CANLI

1795 30.05.2023 15:51 Gündəm A A

Ermənistan Azərbaycanla sərhədə yeni hərbi qüvvə və texnika cəlb edir. “Bez Tormozov” Teleqram kanalı video paylaşıb. “Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moldovanın paytaxtı Kişineuda keçiriləcək görüşü səbirsizliklə gözləyirik”. Bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.

O bildirib ki, bu görüş tərəflərin bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörməti yenidən təsdiqləmək və sərhədlərin delimitasiyası üzrə irəliləmək, həmçinin sərhəd bölgələrində riskləri azaltmaq üçün vacibdir.

Ş.Mişelin sözlərinə görə, rəsmi Bakı ilə Qarabağdakı erməni icması arasında dialoq indi mühüm əhəmiyyət kəsb edir: “Hədəf dialoq olmalıdır. 30 ildən çox davam edən münaqişədən sonra yaraların sağalması üçün vaxt lazımdır. Cəsarətli qərarlara ehtiyac var”.

TVMusavat-ın bu gün “Həftə içi” proqramında AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli ilə Milli Cəbhə Partiyasının sədr müavini Məhəmməd Əsədullazadə müzakirə aparır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

 https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR