İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Bakıda güclü zəlzələ oldu - VİDEO, YENİLƏNİB

25051 04.07.2023 00:02 Son xəbər A A

Bakıda güclü zəlzələ oldu.

Musavat.com xəbər verir ki, bu dəqiqələrdə baş verən zəlzələnin 5.5 bal gücündə olduğu qeyd olunub. Zəlzələ Bakıda böyük panikaya səbəb olub. Sakinlər evlərini tərk edərək küçələrə çıxıblar. 

Seysmoloji Mərkəzdən bildirilib ki, yeraltı təkan Bakıda, Abşeron yarımadasında və Sumqayıtda güclü hiss edilib.

Musavat.com xəbər verir ki, Xaçmaz rayonunda da güclü zəlzələ baş verib. Hazırda dağıntı və itki barədə məlumat yoxdur.

***

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən verilən məlumata görə, Xəzər dənizində 5.2 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Azərbaycanda da hiss edilib.

***

Xəzər dənizində 00:01 radələrində 5,7 bal gücündə zəlzələ baş verib. Bu barədə Musavat.com-a Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Yeraltı təkan Bakıdan 170 kilometr məsafədə, 20 kilometr dərinlikdə qeydə alınıb.

Qeyd edək ki, zəlzələ Azərbaycanın bir neçə rayonunda və paytaxt Bakıda hiss olunub.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR