İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ağdamda ekskavator minaya düşdü

640 18.03.2023 16:14 Hadisə A A

Ağdamda ekskavator minaya düşüb.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Musavat.com-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən ekskavator torpağa basdırılmış partlamamış mərmiyə toxunub. Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. Elmir Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR