İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ açıqlaması: Azərbaycan Fransaya NOTA verəcək

1399 29.06.2023 14:27 Son xəbər A A

"Azərbaycan televiziyası əməkdaşlarının hücuma məruz qalmasını qınayırıq".

Musavat.com xəbər verir ki, bunu News24.az-a açıqlamasında Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva AzTV əməkdaşlarının Fransada təzyiqə məruz qalması ilə bağlı bildirib.

O, qeyd edib ki, bu hücum azad jurnalistika fəaliyyətinə qarşı hücum kimi dəyərləndirilməlidir:

"Baş vermiş bu hadisənin araşdırılması, hücumu törədənlərin müəyyən edilməsi və cəzalandırılması üçün müvafiq tədbirlər görüləcək. Təbii ki, səfirlik tərəfindən məsələ ilə əlaqədar Fransa XİN-ə nota göndəriləcək. Hesab edirik ki, hadisəni törədənlərin tapılıb cəzalandırılması gələcəkdə bu cür halların qarşısının alınması baxımından olduqca önəmlidir. Məsələ tərəfimizdən nəzarətdə saxlanılır".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR