İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: ABŞ nəşrindən İNANILMAZ İDDİA: O da Putinə xəyanət etdi…

2912 28.06.2023 22:03 Son xəbər A A

“Priqojinin üsyanı ilə bağlı ABŞ kəşfiyyat rəsmilərinə yüksək səviyyəli rus generalı məlumat verib”.

Sfera.az bildirir ki, bu barədə “The New York Times” (NYT) qəzeti iddia irəli sürüb. Nəşr sözügedən generalın Sergey Surovikin olduğunu yazıb. Qeyd olunub ki, hakimiyyət orqanları hazırda Surovikinin qiyamın planlaşdırılmasında rolunu öyrənməyə çalışır.

“Putinin reaksiyası necə olacaq” sualına cavab axtaran NYT “Karnegi” Rusiya Avrasiya Mərkəzinin baş elmi işçisi Aleksandr Baunovun fikirlərini bölüşüb. Rusiya liderinin ətrafındakı insanları dəyişməkdən çəkindiyinə diqqət çəkən Baunov bunları deyib: “Lakin məxfi sənədlər Putinin masasına qoyulsa və bəzi fayllar arasında Surovikinin də adı olarsa, bu vəziyyət dəyişə bilər”.

Digər tərəfdən, Britaniya mətbuatı “General Armeqadon” ləqəbli rus komandirin yoxa çıxdığını yazıb. Britaniyanın “Daily Mail “qəzeti rus komandirin sözügedən iddiaya görə dindirilə biləcəyini qeyd edib. Xəbərdə Surovikinin sonuncu dəfə şənbə günü göründüyü vurğulanıb.

Xatırladaq ki, bundan qabaq ABŞ rəsmilərinin “Vaqner” qrupunun qiyamı ilə bağlı məlumatlı olduğu yazılmışdı.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR