İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! 21 ölkə HƏRƏKƏTƏ KEÇDİ: "Hava hücumundan qorunmaq üçün..."

1911 24.02.2024 15:23 Dünya A A

Almaniya kansleri Olaf Şolts vahid Avropa hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını dəstəklədiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Almaniya hökumətinin saytında dərc olunub.

Müraciətdə deyilir:

WhatsApp Image 2024-02-24 at 15.19.13.jpeg (15 KB)

“Avropalı qonşularımızla birlikdə havadan hücumların qarşısını almaq üçün "qoruyucu qalxan" (European Sky Shield) yaradacağıq. Almaniyanın bu təşəbbüsünə 21 ölkə qoşulub. Başqa ölkələr də bu ideyaya maraq göstərib. Avropanın işlək müdafiə sənayesinə ehtiyacı var, ona görə də birgə əməkdaşlıq vacibdir".

Xatırladaq ki, Şolts 2022-ci il avqust ayında yeni vahid hava hücumundan müdafiə sisteminin yaradılması ideyasını ifadə etmişdi.

Həmin ilin oktyabr ayında 14 NATO ölkəsi daha təkmil Avropa hava hücumundan müdafiə sistemi yaratmaq üçün Brüsseldə bəyannamə imzalayıb.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR