İnsanlara hürriyət, millətlərə istiqlal!

Son 1 ildə ölkəmizdə sabit genişzolaqlı internetin sürəti 24%, mobil internetin sürəti isə 28% artıb

868 16.04.2026 16:45 Texnologiya A A

Genişzolaqlı və mobil şəbəkə keyfiyyətinin qiymətləndirilməsi üzrə qlobal şirkət olan “Ookla” mart ayı üzrə “Speedtest Global Index” hesabatını təqdim edib.

Musavat.com xəbər verir ki, yeni hesabata görə, Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 91,37 Mb/s, mobil internetin median sürəti isə 95,43 Mb/s olub.

Fevral ayı ilə müqayisədə sabit genişzolaqlı internetin həcmi 0,10 Mb/s və ya 0,11%, mobil internetin sürəti isə 0,48 Mb/s və ya 0,51% yüksəlib.

İllik müqayisədə sabit genişzolaqlı internetin sürəti 17,75 Mb/s (24,11%), mobil internetin sürəti isə 20,81 Mb/s (27,89%) artıb.

Bu artım ölkədə rəqəmsal transformasiyanın, elektron xidmətlərə tələbatın, distant iş və təhsil imkanlarının genişlənməsinin göstəricisidir və Azərbaycanın qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini təsdiqləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR