İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK XƏBƏRDARLIQ: Rusiya qalib gəlsə...

1631 02.03.2024 19:56 Dünya A A

Fransanın xarici işlər naziri Stefan Sejurne hesab edir ki, Rusiyanın Ukraynada qələbəsi Avropa İttifaqı üçün böyük maliyyə itkiləri demək olacaq.

Musavat.com-un xəbərinə görə, o, “Le Monde” qəzetinə müsahibəsində bildirib ki, Rusiyanın Ukraynada qələbəsi Aİ üçün çox baha başa gələ bilər:

“Kollektiv təhlükəsizliyimiz üçün bu, artıq ÜDM-in 2 faizi deyil, daha çox olacaq. İqtisadi baxımdan vəziyyət fəlakətli olacaq. Məsələn, təkcə kənd təsərrüfatı sahəsində Rusiya dünya buğda bazarının 30 faizindən çoxunu nəzarətə götürə və bazar mövqeyindən biz avropalılara qarşı istifadə edə bilər”.

XİN rəhbərinin fikrincə, Qərb Rusiya ilə münaqişəyə başlamadan onun məğlubiyyətinə nail olmalıdır. Eyni zamanda o vurğulayıb ki, Ukraynada müharibə aparmaqdan söhbət getmir.

Stefan Sejurne həmçinin qeyd edib ki, Ukrayna ərazisində fransız hərbçiləri yoxdur: “Kiyevə yalnız texnika və silahların tədarükü şəklində dəstək var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR