İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: Rusiyanın bu şəhəri ələ keçirildi – Kamran Həsənli ilə Sevinc Telmanqızı gündəmi təhlil edir

1552 22.05.2023 15:55 Gündəm A A

Rusiya Könüllülər Korpusunun döyüşçüləri və zirehli texnikası “Rusiyaya Azadlıq” legionu ilə birlikdə Belqoroda daxil olub.

Bununla bağlı Ukrayna Teleqram kanalları görüntü paylaşıb. “Legion və Rusiya Könüllülər Korpusu Belqorod vilayətindəki Kozinka keçid məntəqəsini tamamilə azad edib. Ön dəstələr Qrayvoron şəhərinə daxil olublar. İrəli gedirik”, - “Rusiyaya Azadlıq” legionunun yaydığı məlumatda bildirilib.

Qeyd edək ki, bir neçə saat əvvəl də Ukrayna ordusunun Belqoroda daxil olduğu və sərhəd postunu ələ keçirdiyi haqqında görüntü və məlumat yayılıb.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 16.00-da aparıcı Kamran Həsənli ilə Sevinc Telmanqızının təqdimatındakı Kamranla 1 verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR