İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Putinin 9 may “sürpriz”i bəlli oldu – Pənah Hüseynlə Tural Abbaslı “Canlı debat”da

1814 05.05.2022 11:49 Gündəm A A

Rəsmi Kiyev Qafqazdan niyə narazıdır -Azərbaycan da daxil üç ölkəyə ittiham...

Ukrayna Kəşfiyyatı Cənubi Qafqaz ölkələrini Rusiya məhsullarının beynəlxalq bazarlara ixracı ilə bağlı Moskva ilə danışıqlar aparmaqda ittiham edib. Bu barədə Gürcüstanın “civil.ge” xəbər portal məlumat dərc edib. Bildirib ki, mayın 1-dən etibarən Rusiya mallarının sözügedən ölkələrin malı kimi tədarükünün həyata keçirilməsi və üçüncü ölkələrə ixracı planlaşdırılır.

“Cənubi Qafqaz ölkələrində artıq 200-dən çox şirkət yaradılıb. Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün əlverişli şərait yaradır. Bu, xüsusən də İT sahəsinə aiddir. Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü başlayandan bu yana Ermənistana 85 min Rusiya vətəndaşı və 113 İT şirkəti gəlib. Rusiya vətəndaşları Ermənistan ərazisində hər iki ölkənin – Ermənistan və Rusiyanın büdcələrinə vergi ödəyən minə yaxın özəl müəssisə və 250-yə yaxın məhdud məsuliyyətli cəmiyyət yaradıblar”.

Məlumatda vurğulanır ki, Ermənistan Rusiya şirkətlərinə bizneslə məşğul olmaq üçün xüsusi əlverişli şərait yaradır.

Həmçinin Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyatı Moskvanın Gürcüstan ərazisindən qaçaqmalçılıq kanalı yaratdığını iddia edib. Gürcüstan hakimiyyəti isə öz növbəsində bu ittihamla qəti şəkildə razılaşmır. Qeyd edək ki, məlumatda Ermənistan, Gürcüstanla yanaşı, heç bir arqument ortaya qoyulmadan Azərbaycanın da adı çəkilib. Kiyev niyə Qafqaz ölkələrini tez tez ittiham edir? Bu ittihamlarda haqlılıq payı varmı? Bu cür siyasət Ukraynanın dövlət maraqlarına uyğundurmu? Azərbaycan, Gürcüstan və Ermənistanın Rusiyanın Qərbin sanksiyarından yayındırmaq ittihamı nə qədər əsaslı ola bilər?

Paşinyan sülh sazişini yarımçıq qoyub istefa verərsə…

Ermənistanda 1 aya yaxındır davam edən növbəti iqtidar-müxalifət savaşı həlledici mərhələyə qədəm qoyub. Bu mübarizəni Rusiyapərəst keçmiş siyasi elita ilə Qərbyönlü Paşinyan komandası arasında sonuncu döyüş də adlandırmaq olar. Ekspertlərə görə, prosesin arxasında Rusiya durur və regionda zəif bənd olan Paşinyan iqtidarını devirməklə Qərbin bütün bölgədə (Güney Qafqazda) mövqelərini zəiflətməyə və Azərbaycanla başlayan sülh prosesini dondurmağa çalışır. Rusiya televiziyaları demək olar ki, hər gün müxalifətin aksiyası haqda qısa da olsa, xəbərlər verir. Ermənistanın daxilində qüvvələr nisbəti hələ ki, Paşinyanın xeyrinədir. Müxalifətin bir ay ərzində apardığı kampaniya, bütün cəhdlərə rəğmən, Ermənistanı əhatə edə bilmədi, paytaxta keçirilən aksiyalar isə 7-8 min nəfər sayını keçmədi. Ölkədə keçirilən son rəy sorğularına görə, müxalifətin reytinqi seçki dövründən o qədər də fərqlənmir, iqtidar partiyası populyarlığını qoruyub saxlayır.

Bu səbəbdən Köçəryan-Sərkisyan cütlüyü və onlarla bir yerdə olan radikal millətçilər prosesləri zor müstəvisinə keçirib, nəticə əldə etməyə çalışırlar. Paşinyan demokratiyanın dövlətin zəifliyi demək olmadığını qeyd edərək lazım olan məqamda dövlət aparatının sərt reaksiya verəcəyini vurğulayıb. Bu savaşın nə ilə nəticələnəcəyi iqtidarın prosesi nə qədər uğurla aparacağına bağlıdır. Çox güman, Paşinyan ona sadiq olan polis qüvvələrinə radikal qüvvələri əzməyi əmr edəcək. Amma Paşinyan nə qədər realist olsa da, ermənidir. “Ümumerməni maraqları naminə” onun günlərin birində istefa verməyəcəyinə də təminat yoxdur. Paşinyan sülh sazişini yarımçıq qoyub qaça bilərmi? Onun yerinə Rusiya kimi gətirə bilər?

Putinin 9 may sürprizi bəlli oldu. Paradda nələr ediləcək, hansı qərarlar elan olunacaq?

Bu və gündəmdəki digər sualları Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseynlə Ağ Partiyanın lideri Tural Abbaslı müzakirə edirlər. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR