İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: Paşinyan Putinin Qarabağla bağlı hiyləgər planını açıqladı – “Canlı debat”

2429 28.04.2022 11:48 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan dünən axşam saatlarında Moskva səfərinə yekun vurmaq və Qarabağ ətrafında baş verən son hadisələri müzakirə etmək üçün parlamentdə hakim “Mülki müqavilə” fraksiyasının deputatları ilə görüşüb.

Bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

Xatırladaq ki, Brüsselə məlum 6 aprel tarixli səfərindən sonra parlamentdə çıxış edən Nikol Paşinyan bildirmişdi ki, beynəlxalq ictimaiyyət İrəvandan "Qarabağın statusu" ilə bağlı tələbin həddini aşağı salmağı istəyib. Bu açıqlamadan və Qarabağın Azərbaycanın tərkibində qalmasına dair eyhamlarından sonra Nikol Paşinyan aprelin 19-da Rusiya prezidenti V.Putinin dəvətilə Moskvaya rəsmi səfər edib. Paşinyan orada Putinlə 30 bəndlik bəyanat imzalayıb.

Moskvadan qayıdandan sonra Nikol Paşinyanın Qarabağla bağlı mövqeyində bəzi dəyişikliklər müşahidə olunub.

“Hraparak”ın məlumatına görə, dünənki görüşdə Nikol Paşinyan deyib ki, ümumiyyətlə, o, Moskvaya səfəri müsbət qiymətləndirir. Deputatlar Nikol Paşinyandan Moskva səfərinin nəyi dəyişdiyini, baş nazirin niyə razı qaldığını suallarla anlamağa çalışıblar.

Bildirilir ki, N.Paşinyan deputatlara Putinlə təkbətək söhbətinin ictimaiyyətə açıqlanmayan epizodlarını danışıb və deyib ki, Rusiya Qərbdən fərqli olaraq Azərbaycan və Ermənistanın tələsik sülh sazişi imzalamasını istəmir. Moskva düşünür ki, rəsmi İrəvan Qarabağ məsələsinin Ermənistan tərəfindən həll edilməli olduğunu bildirməlidir.

Paşinyan deyib ki, əgər sülh sazişinə alternativ yoxdursa və tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyaraq onu imzalayırsa, o zaman rəsmi İrəvan ilk növbədə razılaşmada Ermənistanın Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyinə dair ən azı bir xəttə nail olmalıdır. O, rəsmi İrəvanın Qarabağ ermənilərini büdcə vəsaiti ilə dəstəkləməkdə davam edəcəyini və status məsələsinin sonrakı danışıqlara qaldığını deyib. Belə olan halda Rusiya Qarabağ ermənilərinin təhlükəsizliyini təmin edəcəyinə söz verib.

Paşinyanın sözlərinə görə, Putinlə görüşdə Brüssel razılaşmalarının Rusiya üçün qəbuledilməz olduğu vurğulanıb. Qeyd edilib ki, xüsusən də “Qarabağın statusu” ilə bağlı tələblərin aşağı salınması bu məsələdə Rusiya faktorunu sıfıra endirə bilər.

“Rəsmi Moskva hər kəsin - həm Qərbin, həm də Azərbaycanın yararlanmağa çalışdığı zəifləmiş mövqeyini nəzərə alaraq, istənilən dəyişikliyin onun xeyrinə olmayacağını anladığından nəyin bahasına olursa olsun, mövcud status-kvonu saxlamaq istəyir”,-deyə Paşinyan deputatlarla görüşündə bildirib.

Eyni zamanda Ukraynada baş verən hadisələr də ciddi müzakirə mövzusudur. Ukrayna Rusiyaya qarşı əks hücuma keçib. Dünya isə Ukraynaya daha çox dəstək olmaq üçün hərbi yardımların miqyasını artırır. Nələr baş verir bölgədə? Nə kimi dəyişikliklər gözlənir?

Bu və gündəmdəki bütün sualları aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat”da izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR