İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK AÇIQLAMA: “Azərbaycan yaxın 2-3 həftə ərzində bunu edəcək” – VİDEO

3216 17.07.2023 16:41 Son xəbər A A

“Artsax Respublikası”nın (Qarabağda rus sülhməramlılarının yerləşdiyi ərazilərdə özünü “hökumət” elan edən oyuncaq və qondarma qurum - red.) rəhbərliyi və ictimaiyyəti elementar bir şeyi başa düşməlidir - bu, Azərbaycan blokadası deyil, bu, Rusiya-Azərbaycan blokadasıdır, birgə əməliyyatdır. Ümumiyyətlə, son illər orada baş verənlərin hamısı Moskvanın, Bakının və təbii ki, Ankaranın birgə fəaliyyətidir. Bunu başa düşmək lazımdır”.

Musavat.com erməni agentliklərə istinadən xəbər verir ki, bu sözlər 1992-95-ci illərdə Ermənistan prezidentinin xüsusi tapşırıqlar üzrə səfiri, 1994-95-ci illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş David Şahnazaryan tərəfindən səslənib.

“Ermənistanın siyasi cəmiyyəti də anlamalıdır ki, Rusiya həm Ermənistan, həm də “Artsax Respublikası” üçün müttəfiqdən təhlükəyə çevrilib. Moskvaya bir tələb olmalıdır - prezidentinizin imzasına hörmət edin. Mən ilk növbədə 9 noyabr 2020-ci il tarixli bəyanatı nəzərdə tuturam. Rusiya bu sənədin bir bəndini də yerinə yetirməyib”, - deyə Şahnazaryan bildirib.

Keçmiş direktorun sözlərinə görə, yerli separatçıların indiki dövrdə Vitali Balasanyanı həbs etməsi və ona qarşı zorakılıq həyata keçirməsi onlar üçün yersiz addım olub.

“Məncə, “Artsax” (separatçıların qondarma quruma verdiyi ad - red.) çox ciddi hərbi təhlükə altındadır. Çox güman ki, yaxın 2-3 həftə ərzində Azərbaycan Moskvanın dəstəyi ilə (bunu vurğulayıram) burada yeni hərbi əməliyyatlara başlayacaq. Mən hərbi əməliyyatı nəzərdə tuturam. Hər halda Azərbaycanın son təbliğatının təhlili bunu birbaşa göstərir”, - deyə David Şahnazaryan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR