İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: 5 mindən çox rus əsgəri mühasirədə!!! Kiyevdən CANLI bağlantı

1857 01.10.2022 13:28 Gündəm A A

Ukrayna ordusu Liman ətrafında mühasirəyə düşən 5 mindən çox rus əsgərə müraciət edib. Bu barədə müraciətin videosunu “Azadlıq” radiosu yayıb.

Ukrayna ordusu rus əsgərlərə səsgücləndiricilərlə mühasirədə olduqlarını, müqavimət göstərməyin mənasızlığını elan edib və təslim olmağı təklif edib.

“Rusiya Silahlı Qüvvələrinin hərbçiləri, Ukrayna müdafiə qüvvələri Limanı ələ keçirdi, müqaviməti davam etdirməyin heç bir mənası yoxdur. Siz mühasirədəsiniz. Başa düşün, sizin hakimiyyətə siz lazım deyilsiniz, onlar üçün siz sadəcə yemsiniz, siz öz doğmalarınıza lazımsınız”, - davamlı səsləndirilən müraciətdə bildirilir.

Rusiya əsgərlərinə təklif edilib ki, yaxınlıqdakı yola çıxsınlar, silahları yerə qoysunlar və Ukrayna ordusunun əsgərlərini əllərini qaldıraraq gözləsinlər.

TVMusavat-ın canlı efirində “Həftə içi” verilişinin aparıcısı Emil Salamoğlu Kiyevdə olan azərbaycanlı jurnalist İdrak Camalbəyli ilə Ukraynada müharibəsini, eləcə də AMİP sədri Arzuxan Əlizadəylə Rusiyanın aneksiyasını müzakirə edir.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR