İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR İsrailə neft satmır, şirkətin Türkiyə ofisinə hücumun detalları bəlli olub VİDEO

3671 02.06.2024 14:52 Siyasət A A

SOCAR-ın İstanbulda yerləşən ofisinə bir qrup təxribatçı hücum edib. 
Bu, təbii ki, Türkiyədə bəzi qrupların  SOCAR-ı hədəf almaqla Azərbaycana qarşı aparılan antipiar kampaniyasıdır. 

Musavat.com xəbər verir ki, bu hücumun Türkiyədə kök salmış və İranda bəzi qüvvələr tərəfindən dəstəklənən qruplaşmaların əli ilə  təşkil olunduğu təsbit edilib. Eyni qruplaşmalar aylardır ki, sosial şəbəkələrin Türkiyə seqmentində "SOCAR-ın İsrailə neft satdığını" bəhanə edərək, Azərbaycana qarşı kampaniya aparırlar.

Əslində isə SOCAR heç də İsrailə neft satmır. Bütün bunlar da qəsdən ortaya atılan saxta xəbərlər, qarışıqlıq yaratmaq arzusunda olanların planlarının bir parçasıdır.  

Dünya neft bazarında bütün şirkətlər mallarını trader şirkətlərə satırlar. Traderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmir.

Görünən odur ki, bu informasiya manipulyasiyasında məqsəd SOCAR-ı hədəf göstərməklə bütövlükdə Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq, Türkiyə ictimai rəyində Azərbaycanın nüfuzuna zərər vurmaqdır.

Qeyd edək ki, SOCAR 2024-cü ilə qədər ən böyük investisiyalarını məhz Türkiyədə gerçəkləşdirib. İnvestisiya yatırmağa başladığı 15 il ərzində bu rəqəm 18.3 milyard dollara çatıb. SOCAR bununla Türkiyənin ən böyük birbaşa xarici investisiya şirkətidir.

Musavat.com SOCAR-ın Türkiyədəki ofisinə təxribatçı hücumun görüntülərini təqdim edir:

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR