İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR-ın ofisinə edilən xain hücumun əsl məqsədi budur - Politoloq İLGİNC DETALLARI açıqladı

2250 03.06.2024 11:24 Gündəm A A

“Azərbaycanın aparıcı şirkətlərindən olan SOCAR-ın Türkiyədəki ofisinə edilən xain hücum şübhəsiz ki, Azərbaycan-Türkiyə birliyini, həmrəyliyini, qardaşlığını qəbul etməyən qüvvələrin işidir. Həm də Azərbaycanın imicinə, nüfuzuna ləkə salmaq məqsədi daşıyır”.

Bu fikirləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloq xatırladıb ki, digər tərəfdən, SOCAR Türkiyə iqtisadiyyatına külli miqdarda sərmayə yatırıb:

“Bu, həm də Türkiyə-Azərbaycan qardaşlığının bir nümunəsidir. Şübhəsiz ki, Vətən müharibəsindən sonra Azərbaycan-Türkiyə münasibətlərini qəbul etməyən, bu əlaqələri gözü götürməyən qüvvələr də mövcuddur. Bunu Bakıda da, Ankarada da çox yaxşı bilirlər.

Xain hücumun arxasında Türkiyədə kök salmış İran meylli qüvvələrin olması öz təsdiqini tapır. Bu da onu deməyə əsas verir ki, məhz bu cür məkrli qüvvələr həm də Bakı və Ankara arasında münasibətlərə zərbə vurmaq, eləcə də qardaş Türkiyədə ictimai rəyə təsir etmək hədəflərini seçiblər.

SOCAR-ın hədəfə alınmasının əsas səbəbi kimi Azərbaycanın İsrailə neft satması dayanır. Bu da ictimai rəyə təsir edən məqamdır. Amma xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan birbaşa olaraq İsrailə neft satmır. Bu, yalan və dezinformasiya xarakteri daşıyan məlumatlardır. Hamıya məlumdur ki, dünya neft bazarında bütün şirkətlər öz mallarını treyder şirkətlərə satır və onlar daha sonra son tədarükçünü müəyyənləşdirirlər. Bu sistem, eləcə də neft bazarı bu cür qurulub. Lakin burada müəyyən siyasi manipulyatorlar öz məqsədlərini ortaya qoyaraq bu cür çirkin fəaliyyətlə məşğul olurlar.

Ümid edirəm, bu hadisə son olar. Bundan sonra bu cür hadisə bir daha yaşanmaz. Çünki Türkiyə-Azərbaycan qardaşlığı, dostluğu, birliyi sarsılmazdır, əbədidir”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR