İnsanlara hürriyət, millətlərə istiqlal!

SOCAR Fars körfəzində işləyəcək  

429 31.05.2024 11:46 İqtisadiyyat A A


Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) arasında SARB və Umm Lulu yataqlarında iştirak payının 3 faizinin SOCAR-a verilməsinə dair Saziş imzalanıb.

Musavat.com-a SOCAR-dan verilən məlumata görə, saziş mayın 30-da imzalanıb.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin və ADNOC-un upstream üzrə icraçı direktoru Abdulmunim Saif Əl Kindinin iştirakı ilə keçirilən imzalanma mərasimində Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında strateji enerji tərəfdaşlığına əsaslanan sənədin SOCAR-ADNOC əməkdaşlığının genişləndirilməsinə xidmət etdiyi bildirilib.

Tədbirdə şirkətlər arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulanıb. Bu xüsusda ADNOC tərəfindən "Abşeron" qaz-kondensat yatağında 30 faizlik iştirak payının əldə edilməsinin, həmçinin şirkətlər arasında “mavi hidrogen”, geotermal və karbon idarə edilməsi üzrə əməkdaşlıq məsələlərini nəzərdə tutan Strateji Əməkdaşlıq Sazişinin önəmi qeyd olunub.

Qeyd edək ki, Umm Lulu yatağı Əbu-Dabidən 30 km şimal-qərbdə, fars körfəzində yerləşir. Yatağın işlənməsinə 2010-cu ildən başlanıb. Yataqdan gündəlik hasilatın 105 min barelə çatdırılması nəzərdə tutulur.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR