İnsanlara hürriyət, millətlərə istiqlal!

Slovakiyada sabiq nazirlər dava etdi -VİDEO

408 14.09.2023 21:02 Hadisə A A

Slovakiyanın paytaxtı Bratislavada keçmiş baş naziri İqor Matoviçlə Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Robert Kaliniyak arasında dava düşüb.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə sentyabrın 13-ü parlament binasının qarşısında baş verib.

Belə ki, Robert Kaliniyakın “İstiqamət - Sosial Demokratiya” partiyası miqrasiya məsələsinə həsr olunmuş mətbuat konfransı keçirib.

İqor Matoviç mətbuat konfransına səs gücləndiriciləri olan avtomobillə gəlib. O, tədbir iştirakçılarını - sosial demokratları, xüsusən də Daxili İşlər Nazirliyin sabiq rəhbərini kəskin tənqid edərək sözünü kəsməyə başlayıb.  

Kaliniyak avtomobilə yaxınlaşıb və mikrofonu Matoviçdən almağa çalışıb. Müqavimət göstərən Matoviç Kaliniyakın sinəsinə təpik vurmaqla cavab verib. Daha sonra sabiq baş nazir üzündən zərbə alıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları gəldikdən sonra Matoviç oradan ayrılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR