İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyəzəndə bir ailənin 2 üzvü dəm qazından ölüb

604 02.03.2023 03:57 Hadisə A A

Siyəzəndə iki nəfər dəm qazından zəhərlənərək ölüb.

“Report”un şimal bürosunun məlumatına görə, hadisə şəhərin S. Xeyrullayev, 63 ünvanında baş verib.

Belə ki, Siyəzən şəhər sakinləri 1977-ci il təvəllüdlü Arzu Adıgözəl oğlu Quliyev və həyat yoldaşı 1976-cı il təvəllüdlü Ruhiyyə Oqtay qızı Quliyeva dəm qazından zəhərləniblər.

Hər iki şəxs Siyəzən Müalicə-Diaqnostika Mərkəzinə çatdırılsa da, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR