İnsanlara hürriyət, millətlərə istiqlal!

Siyasi partiyaların yeni vətənpərvərlik missiyası

549 15.06.2022 18:09 Gündəm A A

Tarixi Şuşa Bəyannaməsinin imzalanmasının bir ili tamam oldu

Həmin gün - 15 iyunda Şuşada böyük bir tədbir ”Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda beynəlxalq konfrans keçirildi. Tədbirdə Türkiyədən çoxsaylı qonaqların iştirakı tədbirin əhəmiyyətini xeyli artırdı. Üstəlik, ölkə müxalifətinin də Şuşadakı bəyannamənin bir illiyi ilə bağlı tədbirlərə qatilmas Müxalifət iqtidarla Şuşada bir araya gəlir təssüratı yaratmaqla – tarixi hadisəyə çevirdi. Nəhayət, uzun illərdən sonra müxalifətin dövlət tədbirinə dəvət olunması yeni bir siyasi ənənənin başlanğıcını qoymaqla cəmiyyətimizin monolit birliyini bir daha nümayiş etdirdi.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşkil etdiyi konfransa Türkiyədə hakimiyyətdə olan AKP-dən də böyük bir nümayəndə heyəti qatılıb.


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin birinci ildönümünə həsr olunan "Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir" mövzusunda keçirilən konfrans iştirakçılarına müraciət ünvanlayıb. Müraciəti Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev oxuyub.

Şuşa Bəyannaməsi Zəngəzur dəhlizinin açarı oldu

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi – “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarını səmimi qəlbdən salamlayır, konfransın işinə uğurlar arzulayıram.

Bir il əvvəl – 2021-ci il iyunun 15-də “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə dost, qardaş və strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir.

Şuşa Bəyannaməsinin Azərbaycan xalqı və dövləti üçün əlamətdar tarix olan 15 İyun – Milli Qurtuluş Günündə imzalanmasının və bir il sonra bununla bağlı beynəlxalq konfransın təşkil olunmasının rəmzi xarakteri, mənəvi önəmi də vardır. İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir.

Şuşa Bəyannaməsi çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir.

Qars müqaviləsindən 100 il sonra imzalanmış Şuşa Bəyannaməsi ortaq tariximizə əsaslanmaqla yanaşı, müasir reallıqları əks etdirir, eləcə də Azərbaycan ilə Türkiyə arasında mövcud və gələcək işbirliyinin strateji istiqamətlərini müəyyənləşdirir. Bəyannamədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlığın dərinləşməsinə, regional inteqrasiyaya və təhlükəsizliyə xidmət edir, eyni zamanda, Azərbaycanın və Türkiyənin milli gücünün artmasını, dünyada söz və nüfuz sahibi kimi mövqeyinin daha da möhkəmlənməsini şərtləndirir.

İqtidar və müxalifət nümayəndələri Şuşada - FOTOLAR

Qürurverici haldır ki, Azərbaycan və Türkiyə dünya miqyasında mənəvi-siyasi cəhətdən bir-birinə ən yaxın ölkələrdir. Bizi birləşdirən bir çox amil vardır: tarix, mədəniyyət, etnik köklər, dil, din, milli dəyərlər, milli maraqlar və xalqlarımızın qardaşlığı. Bütün bunlar bizim sarsılmaz birliyimizi təmin edir. Bu gün Azərbaycan və Türkiyə ortaq siyasi iradə və birgə fəaliyyətlə gələcək hədəflərə çatmaq əzmində olan nadir müttəfiqlik nümunəsidirlər.

Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, iki ölkə arasındakı möhkəm həmrəylik Türk dünyasında əlaqələrin inkişafı baxımından da önəmlidir. Bu, yeni dünya nizamının yarandığı şəraitdə türk dövlətlərinin dövrün çağırışlarına cavab verməklə milli-strateji hədəflərə çatması üçün zəmin və fürsət yaradır, türkdilli ölkələrin qarşısında yeni perspektivlər açır.

Əminəm ki, xalqlarımızın sarsılmaz etimadını qazanmış Yeni Azərbaycan Partiyasının və Ədalət və İnkişaf Partiyasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda müttəfiqliyimizin daha da gücləndirilməsi ilə bağlı səmərəli müzakirələr aparılacaq, faydalı təkliflər irəli sürüləcəkdir. Həmçinin ümidvaram ki, konfrans Türk dünyasında həmrəyliyin, dostluq, qardaşlıq və tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsi işinə də öz layiqli töhfəsini verəcəkdir.

Sizi bir daha ürəkdən salamlayır və fəaliyyətinizdə uğurlar arzulayıram

Bəyannamənin bir illiyi ilə bağlı keçiriləcək tədbirə müxalifətin dəvət alması çox müsbət haldır. Bu dəvəti yaranmış iqtidar-müxalifət münasibətlərində bir addım irəliləyiş kimi qiymətləndirmək olar. Vacib olan və davam edən iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyinin qorunması və inkişafı üçün, eləcə də Azərbaycanın timsalında regionun dayanıqlı inkişafını təmin edən bir vasitə olmaqla bərabər Azərbaycanda demokratik münasibətlərin inkişafı naminə partiyalara dövlət tərəfindən ayrılan diqqətin bariz nümunəsidir.

Ümumiyyətlə Şuşa Bəyannaməsi iki ölkə arasındakı münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldmaqla yanaşı bölgədəki münasibətlərə də bir tarazlıq gətirir, mədəniyyət, təhsil sahəsindən tutmuş, xarici siyasət, hərbi müttəfiqliyə qədər sahələri özündə ehtiva edir. Bu sənəd türk dünyasının formalaşmaqda olan birliyi üçün də gözəl perspektivlər açır. Bütün bunlar olduqca mühüm əhəmiyyəti olan tarixi hadisələrdir. Bu sənəddən çıxış edərək hər iki dövlət xarici siyasətində, həm də digər məsələlərdə, regionda aparılan siyasətdə birgə addımlayacaqlar. Hər iki dövlətin gələcəkdə, bütövlükdə türk dünyasının inkişafı üçün töhfə verəcək bir sənəddir.

İki ildən artıqdır ki, ölkədə maraqlı bir siyasi proses gedir. Yeni siyasi konfiqrasiya, yaxud da yeni siyasi münasibətlər sisteminin əsasını qoyan bu proseslər Azərbaycanda siyasi plyüralizmin, onun əsas göstəricisi olan çoxpartiyalı siyasi asistemin daha da inkişafına geniş meydan vermişdir. Şuşa Bəyannaməsinin bir illiyi ilə bağlı tədbirə müxalifət də dəvət edilməs ölkədə bütövlükdə iqtidar və müxalifət partiyaları arasında münasibətlərin yeni fazaya qədəm qoymasından xəbər verir. Ölkə daxili və xarici üçün çox ciddi mesajdır ki, ölkədə bir barış mühiti var, partiyalar bir mövqeyə gələ bilirlər. Müəyyən məsələlərdə təmasa girirlər, bir masa arxasında əyləşməyi bacarırlar. Bütün bunlar da ölkənin inkişafı üçün gələcəkdə mühüm töhfə ola bilər.

Bu sahədə son illərin ən mühüm yekunu isə bundan ibarətdir ki, dövlətimizin başçısının qarşıya qoyduğu tapşırıqların icrası nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, yersiz qarşıdurma, siyasi ittiham, inciklik, süni hüquqi maneələrlə bu və ya digər siyasi xadimlərin və qüvvələrin marginallaşdırılması, partiyalar, siyasi qüvvələrarası ifrat qütbləşmə, bir-birini qəbul etməmək, ayrı-ayrı şəxslərə, bəzən şübhəli dairələrə xidmət etmək, sifariş əsasında hansısa qurumları hədəfə gətirmək kimi olduqca mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Obrazlı desək, ölkədə gedən quruculuq işləri, islahat kursu, nəhayət ki, partiya təsərrüfatına da çatmış, ölkədə keyfiyyətcə yeni siyasi mühitin, yeni standartlara uyğun siyasi mədəniyyətin formalaşmasına səbəb olmuşdur

Burada haşiyə çıxaraq yada salmaq istəyirəm ki, Prezident İlham Əliyev hələ 2000-ci illərin əvvəllərində AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olanda ümummilli hədəflər naminə siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir kəslə həmrəy olmanın nümunəsini təqdim etmişdi. Prezident seçildikdən sonra da dediyi “Mən bütün Azərbaycan xalqının, hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” sözləri həm də keçmiş siyasi opponentlərinə verilmiş aydın və güclü bir mesaj idi

Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasının iclasında çıxış edərkən də ölkənin bütün siyasi qüvvələrinin dialoq təşəbbüslərini dəstəklədiyini bildirərək demişdir: “Uğurla başlayan bu siyasi dialoq bizim siyasi sistemimizi gücləndirəcək və Azərbaycanın dayanıqlı inkişafının təmin olunması işinə xidmət edəcəkdir”. Sitatdan da göründüyü kimi, hakimiyyət dialoqa sırf Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı ümummilli mövqe müəyyən etmək vasitəsi kimi yanaşmır, - hərçənd bu, özlüyündə mühüm məqsəddir, - həm də dövlətimizin gələcək inkişafı, siyasi sistemin gücləndirilməsi üçün dialoqun davam etdirilməsində maraqlıdır

Bir müddət müxalifətdə olmuş biri kimi, Azərbaycan müxalifətiinin bütün spektrini, onların ideoloji və kadr bazalarını, müxtəlif dövrlərdə, xüsusən tarixi dönüş məqamlarında izlədikləri siyasi kursu az-çox bilirəm. O səbəbdən onların 2-ci Qarabağ müharibəsindən sonra bölgədə formalaşan siyasi reallıqlara, Azərbaycan iqtidarının, xüsusən də prezident İlham Əliyevin qətiyyətli, əzmkar siyasətinə qisqanclıqla yanaşmaları heyrət doğurmaya bilmir. Iş o yerə çatıb ki, az qala bütün dünyanın Azərbaycanın Qarabağda erməni işğalçılarına qarşı apardığı uğurlu hərbi əməliyyatların strategiya və taktikası haqqında heyranlıqla danışdığı bir zamanda bu qəbildən olan adamlar Rusiya sülhməramlılarından tutmuş sərhəddə baş verən hadisələrə qədər hər şeydə hakimiyyətin nöqsanlarını tapmağa, müharibədə qazandığımız misilsiz qələbəyə kölgə salmağa çalışırlar. Bu cəmiyyətimizdəki söz azadlığını ifadə etsə də, qərəzliliyi və qeyri-obyektivliyi ilə cəmiyyətimizdə bərqərar olmuş milli həmrəyliyə və bu zəmində formlaşmış sabitliyə qarşı yönəldiyi dərhal hiss olunur.

İqtidar və müxalifət nümayəndələri Şuşada - Publika.az

Artıq 2 ildir ki, başlamış danışıqlar və partiyalararası konstruktiv əməkdaşlığın qurulması prosesindən özünü kənara çəkən Azərbaycan Xalq Cəbhəsi Partiyası və özünü “Milli Şura” adlandıran qurum olmuşdur. Ölkənin siyasi rəhbərliyi tərəfindən yeni siyasi islahatlar kursu təqdim olunmasına, yeni konfiqurasiya elan edilməsinə, dialoq təklifləri səsləndirilməsinə, Prezident Administrasiyasının müvafiq strukturunun təşəbbüslərinə baxmayaraq, təəssüf ki, AXCP və onun yandaş qurumu olan “Milli Şura” inadla siyasi dialoqdan yayınmışdır. Bu, əslində, Azərbaycanda guya demokratiya sahəsindəki çatışmazlıqlar olmasını siyasi təzyiq məqsədilə istifadə etmək istəyən müəyyən xarici dairələrə bəhanələr yaratmağa xidmət edir. Amma qeyri-konstruktiv və perspektivsiz mövqe olduğu heç kimdə şübhə oyatmır.

Atılan bütün addımlar ölkədə çoxpartiyalı siyasi sistemin inkişaf etdirilməsinə yönəlmişdir. Əlbəttə ki, dövlət partiyalara süni nəfəs verməklə siyasi palitranın rəngarəng görünməsinə nail olmaq niyyətindən uzaqdır. Azərbaycan hakimiyyəti cəmiyyətin təşkilatlanması, vətəndaşların siyasi həyatda iştirakı, siyasi birliklərdə birləşməyə və təmsil olunmağa təşviq edilməsi, seçki və partiya institutunun təkmilləşməsi üçün ortaya güclü iradə qoymuşdur və səylər də artıq öz nəticələrini verməkdədir. Siyasi partiyalarla qurulan konstruktiv əməkdaşlıq, iqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində müzakirələr vasitəsilə inkişaf etdirilməsi daxili siyasi mühitdə yeni mərhələnin, yeni siyasi ənənənin başlandığından xəbər verir. Bütün bunlar cəmiyyətin və cəmiyyət üzvlərinin siyasi mədəniyyətinin inkişafına təsir edən amillər sırasına daxildir. Yaranmış yeni sağlam siyasi mühit təşəbbüskar gənclərin siyasi birliklərdə iştirakını artıracaq, eyni zamanda, sağlam rəqabət aparmağa qabil olmayan qüvvələr siyasi səhnəni gec-tez tərk edəcəklər. Prezident İlham Əliyev deyib: “Mən yeni siyasi islahatlar proqramını təqdim etmişəm, o, bütün siyasi partiyaların mütləq əksəriyyəti tərəfindən dəstəklənib... Biz siyasi dialoqun çox aktiv fazasındayıq. Heç kimə sirr deyil ki, bölgədəki problemlərin əksəriyyətinin- sərhədlərin müəyyənləşdirilməsindən tutmuş Sülh sazişinə qədər məsələlərin həlli daha çox Rusiyadan asılıdır. Rusiya siyasi iradə və istək nümayiş etdirib Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməyə məcbur etsə, yəni Mosva razılaşmasının bütün maddələrinin yerinə yetirilməsini prinsipiallıqla tələb etsə qısa bir müddətdə məsələ öz həllini tapa bilər və bölgəyə sülh və əmin amanlıq gələ bilər. Təəssüf ki, son günlər biz bunun əksini görürük. Amma Azərbaycan siyasi rəhbərliyi təmkinli davranışları ilə “burda mənəm, Bağdadda kor Xəlifə” deyən kəsləri kec-tez haqqın yoluna gəlməyə vadar edəcəcəyinə inanırıq.

Ulu Öndər 2003-cü il oktyabrın 1-də prezident seçkilərində xalqa müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsini inkişaf etdirərək yeni, modern Azərbaycan dövləti qurmuşdur. Ümummilli Lider Azərbaycanı parçalanmaq, dağılmaq, siyasi xəritədən silinmək təhlükəsindən xilas edib davamlı inkişaf yoluna çıxarmışdısa, İlham Əliyev Azərbaycanı qüdrətli bir dövlətə çevirməyi, dövlətin bütün resurslarını ərazi bütövlüyümüzün bərpası üçün səfərbər edib böyük uğurlar əldə etməyi bacardı. Prezidentin noyabrın 8-də Şəhidlər xiyabanında etdiyi çıxışda dediyi kimi, bu vəsiyyət yerinə yetirildi, Şuşa azad olundu, noyabrın 10-da isə Vətən müharibəsi Qələbə ilə başa çatdı.

İndi ölkə ciddi islahatlar yoluna qədəm qoymuşdur. Bu islahatların vacib istiqamətlərindən biri də siyasi sistemin, siyasi idarəçiliyin təkmilləşdirilməsidir Şuşada keçirilən beynəlxalq konfransda iqtidar-müxalifət partiyalarının birgə iştirakı ölkədə formalaşib bərqərar olmuş ideya-siyasi və milli həmrəyliyin əyani ifadəsi, həm də siyasi islahatla r.rın davamıdı. Qabil Hüseynli

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR