İnsanlara hürriyət, millətlərə istiqlal!

"Siyasətdən gedin ..." - Fatih Portakal Kılıçdaroğlunu yerdən-yerə vurdu - VİDEO

1625 30.05.2023 14:58 Gündəm A A

Türkiyədə mayın 28-də keçirilən prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğan qalib gəlib.

Musavat.com xəbər verir ki, Kamal Kılıçdaroğlunu dəstəkləyənlər uduzduqdan sonra onu istefaya çağırıblar.

Son olaraq məşhur jurnalist Fatih Portakal da Kılıçdaroğlunu istefaya çağırıb. 

"Sizin kübarlığınız, sakitliyiniz haqqında heç nə demirəm. Kaş ki, dəyişiklik baş verəydi. Dəyişiklik olmadı. O zaman siz dəyişin. Postunuzu tərk edin, siyasətdən gedin. Bu partiyaya rəhbərlik edə biləcək insanlar mütləq var. CHP-nin doğru istiqaməti tapması lazımdır. Bir vətəndaş kimi, bir jurnalist kimi məsləhətlər verirəm. Ərdoğana, Baxçalıya, Kılıçdaroğluna da məsləhətlər verə bilərəm. Mən axmaq adam deyiləm, mən ağıllı adamam”,-deyə Fatih Portakal bildirib.

Qeyd edək ki, iki gün öncə Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) bir qrup tərəfdarı da partiyanın Baş qərargahı önündə toplaşmışdı. Həmin şəxslər prezident seçkilərinin ikinci turunda məğlub olan CHP sədri və “Millət İttifaqı”ndan prezidentliyə namizəd Kamal Kılıçdaroğlunun istefasını tələb edirdilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR