İnsanlara hürriyət, millətlərə istiqlal!

Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsin evindən heroin aşkarlandı

559 13.06.2022 15:42 Kriminal A A

Şirvanda polis əməliyyat keçirdi - saxlanılan şəxsin evindən külli miqdarda heroin aşkarlandı

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Musavat.com-a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Əliyev saxlanılıb.
Onun üzərinə keçirilən baxış zamanı bir büküm narkotik maddə olan heroin aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı isə oradan təmiz çəkisi 1 kiloqram 310 qram olan heroin və bir ədəd elektron tərəzi aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı həmin şəxs narkotik vasitələnin ona məxsus olduğu etiraf edib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR