İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyandan “Nemezis” açıqlaması

833 13.06.2023 15:55 Region A A

“Mən “Nemezis” abidəsinin ucaldılmasını səhv hesab edirəm, çünki bu, dövlət siyasəti deyil və ola da bilməz”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan deyib.

Onun sözlərinə görə, məsələnin məhkəmədən kənar həlli dövlət siyasətinin xətti ola bilməz.

“Deməyin ki, hansısa məhkəmənin qərarı var, bu, bizim məhkəmənin qərarı deyil, heç bir ölkənin və ya hansısa dövlətin nümayəndəsi məsələni məhkəmədən kənar həll edə bilməz və buna təşviq etmək olmaz”, - deyə Simonyan bildirib.

Simonyanın iddiasına görə, Türkiyə tərəfi münasibətləri düzəltməmək üçün “Nemezis”i bəhanə olaraq göstərir.

Qeyd edək ki, “Nemezis” erməni terrorçularının Osmanlı Türkiyəsi və Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimlərinə qarşı təşkil etdiyi sui-qəsdin kod adı olub. Həmin terror zamanı AXC-nin ilk baş naziri və xarici işlər naziri Fətəli xan Xoyski, AXC-nin baş naziri Nəsib bəy Yusifbəyli, AXC parlamentinin sədr müavini Həsən bəy Ağayev, daxili işlər naziri Behbud ağa Cavanşir, Osmanlı imperiyasının daxili işlər naziri və sədrəzəmi Tələt paşa, keçmiş sədrəzəm Səid Hilmi paşa, Təşkilati Məxsusənin (kəşfiyyat - red.) qurucusu Bahəddin Şakir qətlə yetirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR