İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan yenə Rusiyanın bostanına daş atdı  

571 07.12.2023 14:57 Dünya A A



“Rusiya tərəfinin elan edilmiş prinsiplərə və imzalanmış sənədlərə sadiq qaldığını göstərmək şansı var”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu dekabrın 7-də Ermənistan parlamentində jurnalistlərlə söhbətində spiker Alen Simonyan söyləyib.
Simonyan Rusiyanın Ermənistana silah tədarükü ilə bağlı yaranan problemlər barədə də danışıb.

“Lakin bu, heç bir halda İrəvanın Ermənistanın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qərarına təsir etməyəcək. Əgər öhdəliklər yerinə yetirilməzsə və bu faktdırsa, Ermənistan birmənalı olaraq öz maraqlarını müdafiə etməlidir”, - deyə Simonyan əlavə edib.

 Ermənistanın KTMT və Aİİ-nin iclaslarında iştirak etməməsi ilə bağlı Simonyan bunları deyib: “Mən iştirak etməyin mənasını görmürəm, çünki həll olunmamış məsələlər var, insanlar öz öhdəliklərini yerinə yetirmirlər. Amma biz ancaq Ermənistanın ünvanına qınaq sözləri eşidirik. Ermənistan Ukraynaya humanitar yardım göndərəndə Rusiya tərəfi böyük hay-küy saldı, Azərbaycan isə bunu dəfələrlə edib. Ukrayna prezidenti dəfələrlə Azərbaycan prezidentinə təşəkkür edib, lakin biz “ədalətli” Rusiya Xarici işlər nazirliyindən bir kəlmə də eşitməmişik. Ermənistan məsələsində Rusiya Federasiyası çox ağrılı reaksiya verir, Azərbaycan məsələsində isə mənim fikrimcə, ya bacarmır, ya da hiss etmirmiş kimi davranaraq yaxşı sifət göstərir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR