İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan Şentopa gileyləndi və cavabını aldı

1777 04.05.2023 23:43 Son xəbər A A

“Diplomatik pasportla quru sərhədini keçə bilmədiyim üçün təəssüflənirəm”.

Musavat.com bildirir ki, Ermənistan parlamentinin sədri Alen Simonyan bunu Ankarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa xitabən söyləyib. O, M.Şentopka görüşdə Ermənistanın üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün Ermənistan-Türkiyə quru sərhədinin açılmasına xüsusi önəm verdiyini bir daha vurğulayıb.

Simonyan danışıqlar zamanı Türkiyənin hava məkanının Ermənistan aviaşirkətləri üçün bağlanmasına da toxunub və bu görüşün problemin həllinə töhfə verə biləcəyini qeyd edib. M.Şentop cavab olaraq İrəvanda Nemesis memorialının açılışını xatırladıb və bunu Türkiyə üçün “həssas və ağrılı məsələ” adlandırıb.

Türkiyə parlamentinin sədri əmin edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmağa çalışır, lakin eyni zamanda Azərbaycan amilini də qeyd edib və “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması tərəflərə və regiona faydalı olacaq”-deyib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR