İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan: "Ermənilərin Qarabağa necə qayıda biləcəyini təsəvvür etmək mənim üçün belə çətindir"

713 07.12.2023 16:13 Dünya A A


"Ermənistanın heç bir qonşusuna ərazi iddiası yoxdur".

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlərlə söhbətində bildirib.

Onun iddiasına görə, heç bir hökumət dövründə Ermənistan ərazi iddiası ilə çıxış etməyib (?!-red.). Bu gün Ermənistanın da nə Azərbaycana, nə də digər qonşularına - Türkiyə, İran və Gürcüstana belə bir iddiası yoxdur.

Qarabağ ermənilərinin yenidən öz evlərinə qayıtma perspektivlərinə gəlincə, spiker bunu söyləyib:

“Hesab edirəm ki, təhlükəsizlik baxımından müəyyən vaxt keçməlidir. Bu, mənim şəxsi fikrimdir. Bu o demək deyil ki, məsələ müzakirə olunmur və ya artıq belə bir həll yolu var. Ancaq bu gün ermənilərin Qarabağa necə qayıda biləcəyini təsəvvür etmək mənim üçün çətindir”,-deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR