İnsanlara hürriyət, millətlərə istiqlal!

Şimali Koreya hərbçiləri Kurskda ağır itki verib - Cənubi Koreya kəşfiyyatından yeni məlumatlar

773 13.01.2025 10:44 Dünya A A

Cənubi Koreya kəşfiyyatı Şimali Koreya kontingentinin Rusiyanın Kursk bölgəsində əhəmiyyətli itkilər verdiyini açıqlayıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Cənubi Koreya kəşfiyyatının məkumatına görə, döyüşlərdə ŞKXDR-in 300 əsgəri həlak olub, 2700 nəfər yaralanıb. Ukrayna prezidenti həlak olduğu iddia edilən hərbçilərin fotoşəkillərini dərc edib.

“Yonhap” agentliyinin məlumatına görə, dekabrda Şimali Koreyanın daha az itkisi olduğu bildirilirdi: 100 ölü və 1000-ə yaxın yaralı olduğu deyilirdi. Bununla belə, Cənubi Koreya kəşfiyyatının məlumatına görə, vəziyyət xeyli pisləşib.

Ukrayna prezidenti Vladimir Zelenski bu yaxınlarda KXDR-dən əsir düşmüş əsgərlər adlandırdığı iki nəfərin fotoşəkillərini dərc edib. Əvvəllər o, Şimali Koreyalıların Ukrayna ordusu ilə döyüşlərdə ümumi itkilərinin təxminən 4000 nəfər olduğunu iddia edirdi.

Rusiya və Şimali Koreyadakı rəsmi mənbələr bu statistikanı şərh etmirlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR