İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şimal axını” borularının partladılmasında yeni GƏLİŞMƏ 

566 12.07.2023 16:10 Son xəbər A A

Rusiyanın təbii qazını Avropaya ötürən “Şimal axını” borularının partladılması ilə bağlı yeni şübhəli gəlişmələr ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Almaniya hökuməti bu yaxınlarda sualtı partlayıcı maddələrin izlərinin tapıldığı bir yaxtanı aşkar edib.

Alman kəşfiyyyatının fikrincə, həmin partlayıcılardan “Şimal axını” qaz kəmərlərini zədələmək üçün istifadə oluna bilər. Bununla bağlı BMT Təhlükəsizlik Şurasına da məlumat verilib.

Xatırladaq ki, Baltik dənizinin dibi ilə keçən qaz kəmərlərində partlayışlar ötən ilin payızında baş verib. Almaniya, Danimarka və İsveç insidentin müstəsna iqtisadi zonalarda baş verməsi səbəbindən birgə təhqiqat aparır.

Almaniya təhlükəsizlik strukturları həmin şübhəli yelkənli yaxtanın icarəsi ilə bağlı prosesi araşdırır. Rəsmi Berlin gəminin qaz kəmərlərinə hücum etmək üçün partlayıcı maddələrin çatdırılması məqsədilə istifadə oluna biləcəyindən şübhələnir. Mütəxəssislərin fikrincə, keçmiş dalğıclar 70-80 metr dərinlikdə qaz xətlərinin zədələndiyi yerlərdə partlayıcı maddələr quraşdıra bilərlər.

Alman mediası ötən ilin sentyabrın 6-da Rostok şəhərindəki limanı tərk edən və partlayışlarda istifadə olunduğu düşünülən “Andromeda” adlı yüngül yaxtadan yazır. Həmin “Andromeda” partlayışların baş verdiyi vaxtda və ərazidə olub.

“The Washington Post”un istintaqa yaxın mənbələrə istinadən verdiyi məlumata görə, “Andromeda” çox güman ki, hücumda istifadə edilən yeganə gəmi deyil. Jurnalistlərin təsbitinə əsasən, “Andromeda”nın göyərtəsində tapılan partlayıcıların izlərinin boru kəmərlərini zədələmək üçün istifadə edilən partlayıcı maddələrin partiyasına uyğun gəldiyi məlum olub. Lakin ekspertlərin fikrincə, təcrübəli bombardmançılar belə aşkar maddi sübutları heç bir yerdə buraxmazdılar.

“The Wall Street Journal”ın məlumatına görə, müstəntiqlər yaxtanın Varşavadakı turizm agentliyi vasitəsilə icarəyə götürüldüyünü öyrəniblər. Həmin şirkətin Ukrayna ilə bağlantılarının olması araşdırmaçılarda onun Ukrayna kəşfiyyatı ilə əlaqəsi olduğu şübhəsini doğurub.

Qərb mediası partlayışların heç bir ölkənin hakimiyyət orqanları ilə əlaqəsi olmayan hansısa ukraynayönlü qrup tərəfindən təşkil oluna biləyini də yazır. Bir sıra saytlar Rusiyanın özünün partlayışlarda əlinin ola biləcəyindən bəhs edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR