İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibel Canın keçmiş əri tutulub? - FOTO

1801 27.01.2024 16:31 Şou-biznes A A

Türkiyə mətbuatında məşhur müğənni Sibel Canın keçmiş əri Hakan Uralın həbs edilməsi ilə bağlı xəbərlər yayılıb.

Musavat.com baku.ws-ə istinadən bildirir ki, uzun illərdir "Kanal D"də aparıcılıq edən Hakanın ötən gün saat 05-00 radələrində Beykozdakı evindən polis şöbəsində aparıldığı iddia edilib. Buna səbəb aparıcının 2022-ci ildə efirdə səsləndirdiyi qalmaqallı fikirlər olub. Faktla bağlı Bakırköy prokurorluğunda araşdırmalara başlanıldığı bildirilib.

Yayılan xəbərlərdən sonra Hakan Ural açıqlama verib.

O sosial şəbəkə hesabında bu məlumatların əsassız olduğunu, hazırda isə evində uşaqları ilə birlikdə olduğunu qeyd edib:

"Dostlar mən həbs edilməmişəm. Evimdə uşaqlarımla birlikdəyəm. Alınımız ağ, başımız yuxarıdır. Problem yoxdur".

Xatırladaq ki, keçmiş Sibel və Hakan cütlüyünün 32 yaşlı oğlu Engincan və 29 yaşlı Melisa adlı qızı var.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR