İnsanlara hürriyət, millətlərə istiqlal!

“Şeyx Əbdül Rasimi də, məni də göyə qaldırıb yerə çırpıb” – Baba Vəziroğlu

1313 02.03.2026 17:31 Mədəniyyət A A

“Şeyx Əbdül Mahmudov dostumuzdur. 40 il onunla duz-çörək kəsmişəm. Uşaqları mənə “əmi” deyib. İndi ona nə deyim? Yaşı 80-ni keçib. İndiyə qədər dediklərinə cavab vermişəm ki, indi də nəsə deyim?”.

Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar incəsənət xadimi, tanınmış şair Baba Vəziroğlu deyib.

O bildirib ki, nə Xalq artisti Rasim Balayev, nə də özü Şeyx Əbdülə cavab verib:

“Şeyx həm Rasim Balayevi, həm də məni göyə qaldırıb, yerə çırpıb. Amma onun bu hərəkətlərinə nə Rasim Balayev, nə də mən reaksiya vermişik. Onun çəkildiyi “Axırıncı aşırım” filmində belə bir ifadə var: "Qəmlo, adam yediyi duz-çörəyi tapdalamaz".Hətta onun yanına getmək də istəyirdim. Sonra oxudum ki, xəstəxanadan evə buraxılıb, buna görə ziyarətinə gedə bilmədim. Biz küsməmişik. Bir tərəf od olanda, bir tərəf su olar. Mən su olan tərəfəm. Həm də insan umduğu yerdən küsər.

O, məndən inciyib ki, yubileyini təbrik etməmişəm. İnanın, bəzən öz ad günümü belə yaddan çıxarıram”.

Qeyd edək ki, Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudov Musavat.com-a açıqlamasında Baba Vəziroğlunun onun yubileyini təbrik etməməsindən və xəstəxanada müalicə aldığı müddətdə ziyarətə gəlməməsindən gileylənib.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR