İnsanlara hürriyət, millətlərə istiqlal!

Seysmoloqlardan dağıdıcı zəlzələ XƏBƏRDARLIĞI - Tarix AÇIQLANDI

3331 18.01.2024 15:28 Siyasət A A

Mütəxəssislər Rumıniyanın şərqindəki Vrança seysmik zonası ilə bağlı xəbərdarlıq edib.

Sözügedən ərazidə toplandığı iddia edilən tektonik gərginlik seysmoloqlar arasında müzakirə obyekti olub. Qeyd edilib ki, zəlzələ baş verərsə, bu, Ukrayna, o cümlədən Rusiyanın cənubu (Krım, Qafqaz), Türkiyə və ona bitişik ölkələrə təsir edəcək.

“Seysmoloqlar hələ ki, mümkün fəlakətin vaxtı ilə bağlı heç bir konkret məlumata malik deyillər. Mütəxəssislər dağıdıcı zəlzələnin iki-üç ay və ya iki ilə mümkün olduğunu deyirlər. Prinsipcə, Vrança zonasında güclü zəlzələlər baş verir və bu, xeyli uzaq məsafələrdə hiss olunur. Orada ən güclü zəlzələ 1976-cı ildə olub. Ondan əvvəl isə 1802 və 1940-cı illərdə superzəlzələlər baş verib”, - “AB News”da qeyd olunub.//Sfera.az 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR