İnsanlara hürriyət, millətlərə istiqlal!

Sevgililər günü Rusiyada populyarlığını itirir - sorğu

317 13.02.2024 14:34 Dünya A A

Rusiyada keçirilən rəy sorğusu göstərib ki, müqəddəs Valentin - Sevgililər Günü öz populyarlığını itirir. Vətəndaşların əksəriyyəti (78%) 14 fevralı qeyd etmək niyyətində deyil.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rəy sorğusunda iştirak edən respondentlərin yalnız 12%-i hər hansı bayram tədbiri planlaşdırır. Digərlərinə nisbətən daha çox 34 yaşdan kiçik respondentlər (20%) Sevgililər gününə önəm verirlər. Fevralın 14-də hər on kişidən yalnız üçü qadınlarına çiçək alacaq, onların əksəriyyəti 34 yaşdan aşağıdır.

Bu, "Moskva danışır" radiostansiyasının sərəncamında olan SuperJob tədqiqatının nəticələridir.

Qeyd olunur ki, ölkədə 100 şirkətdən yalnız 1-i fevralın 14-də korporativ şənliklər keçirməyi planlaşdırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR