İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyədən geridönüş: BRİKS-ə qoşulmaq barədə yekun qərar verməmişik

585 18.01.2024 19:54 Dünya A A

Səudiyyə Ərəbistanı BRİKS qrupuna üzv olmaq təklifini nəzərdən keçirir və hələlik yekun qərarını verməyib.

Musavat.com xəbər verir ki, bu barədə “Reuters” iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin fikrincə, Səudiyyə Ərəbistanı hakimiyyəti qərar qəbul etmək üçün yanvarın 1-i son tarix hesab etmir.

Eyni zamanda agentliyin həmsöhbətlərindən biri vurğulayıb ki, BRİKS-ə qoşulmaq ən böyük ticarət tərəfdaşları Hindistan və Çin olan krallıq üçün faydalı ola bilər: “Səudiyyə Ərəbistanı BRİKS-ə qoşulmağın faydalarını hərtərəfli qiymətləndirməli və sonra qərar verməlidir, proses davam edir”.

Yanvarın 16-da Səudiyyə Ərəbistanının ticarət naziri Məcid bin Abdulla əl-Qəsabi Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxış edərək krallığın hələ rəsmi olaraq BRİKS-ə qoşulmadığını bildirib. Halbuki yanvarın əvvəlində Səudiyyə dövlət televiziyası bu ildən ölkənin qrupun tamhüquqlu üzvü olduğunu elan edib.

Birliyə yeni üzvlərin dəvət edilməsi haqqında qərar ötən ilin avqustunda Yohannesburqda baş tutan BRİKS sammitində qəbul edilib. Görüşün nəticələrini şərh edən Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud krallığın dəvəti öyrənəcəyini və “uyğun qərar” qəbul edəcəyini bildirib. Xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, onun ölkəsi BRİKS-dən üzvlük şərtləri ilə bağlı təfərrüatları gözləyirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR