İnsanlara hürriyət, millətlərə istiqlal!

Səudiyyə Ərəbistanında görünməmiş fəlakət: Səhra dənizə çevrildi - VİDEO

1751 11.04.2026 18:35 Dünya A A

Səudiyyə Ərəbistanında müşahidə olunan şiddətli yağışlar ölkənin bir çox bölgəsində genişmiqyaslı daşqınlara və güclü sel axınlarına səbəb olub.

Musavat.com xəbər verir ki, aramsız yağıntılar nəticəsində bəzi ərazilərdə hətta süni şəlalələr formalaşıb.

Təbii fəlakət xüsusilə dağlıq və dərəlik ərazilərdə özünü daha qabarıq büruzə verib. Şiddətli su axınları nəqliyyatın hərəkətini iflic edib, infrastruktur layihələrinə və yaşayış məntəqələrinə ciddi ziyan vurub.

Mütəxəssislər əhaliyə ehtiyatlı olmağı və zərurət yaranmadıqca riskli bölgələrə yollanmamağı tövsiyə edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR