İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərxan Kərəmoğlu onu təhqir edənlərə üsyan etdi: "Belələrini tapıb…"

667 17.01.2026 14:50 Şou-biznes A A

Aktyor və tamada Sərxan Kərəmoğlu sosial şəbəkələrdə ona ünvanlanan təhqir və söyüşlərə sərt reaksiya verib.

Musavat.com bildirir ki, Sərxan Kərəmoğlu sayt və sosial şəbəkələrdə cəmiyyətə açıq hörmətsizlik hərəkətlərinin qadağan edilməsini nəzərdə tutan qanuna münasibət bildirərkən problemin mahiyyətinə diqqət çəkib. Onun sözlərinə görə, əsas təhlükə insanların bir-birinə qarşı ölçüsüz və amansız davranışıdır:

"Bədənini nümayiş etdirənlərlə işim yoxdur. Ancaq insanlara qarşı ağır, pis təhqirlər yazanları niyə tapa bilmirik? Bu, doğrudanmı çox çətindir? Əziyyət çəkmədən, sadəcə baxın, izləyin: kim söyüş söydüsə, onu cərimələyək. Bəs ona təhqir yazanlar necə? Ailəni, uşağı nəzərə almadan, ağlasığmaz sözləd yazanlar nə olacaq? Söyüş söyənləri tapmaq axı çətin deyil.

İş ondadır ki, “fake” profillərlə təhqir yazanları tapıb ayaqlarından asmaq lazımdır.

Bu təklifi irəli sürənlərə, qanunu imzalayan cənab Prezidentə dərin təşəkkürümü bildirirəm. Mənəvi dəyərlərimizin ayaqlar altına atılmasına yol verməyək".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR