İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərnişinlər marşrutdan şikayətçidirlər, daşıyıcıya xəbərdarlıq edilib  

580 10.07.2024 12:21 Ölkə A A

 

Paytaxtın Köhnə Günəşli-Sabunçu istiqamətində fəaliyyət göstərən marşrut xəttindən şikayət var.

Musavat.com-a müraciət edən vətəndaşlar bildirirlər ki, isti havada bəzən yarım saat dayanacaqda dayanmağa məcbur olurlar. Gecikmənin səbəbini öyrənməyə çalışan sərnişinlərə sürücülər bildiriblər ki, avtobuslar xəttə yarım saatdan bir çıxır.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Musavat.com-un sorğusuna cavabda bildirilib ki, intervalın artmasına səbəb nəqliyyat sıxlığıdır:

“40 nömrəli marşrutda sərnişin tələbatına uyğun olaraq mütəmadi 17 ədəd avtobus 10 dəqiqə hərəkət intervalı fəaliyyət göstərir. Lakin şəhərin müəyyən yollarında yaranan nəqliyyat sıxlığı intervalın artmasına səbəb olur. Marşrut üzrə avtobusların nizamlı fəaliyyətinin təmin edilməsi üçün daşıyıcıya tapşırıqlar verilib”.

 

Nigar HƏSƏNLİ,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR