İnsanlara hürriyət, millətlərə istiqlal!

Sərhəddəki 19 tır sürücülərindən YENİ ADDIM, Xankəndidə İSTEFALAR başladı – Sülhəddin Əkbərlə CANLIda

1681 28.07.2023 13:30 Son xəbər A A

Qarabağdakı saxta qurumun oyuncaq “parlament sədri” Artur Tovmasyan istefa verməklə bağlı qərarını elan edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Tovmasyan Facebook səhifəsində bu barədə açıqlama yayıb. “Əziz həmvətənlər, şəxsi qərarımla Milli Məclisin sədri vəzifəsindən istefa verməklə bağlı siyasi məsuliyyəti öz üzərimə götürürəm, lakin 1991-ci ildə referendumda xalqımızın qəbul etdiyi ideyaya həmişə sadiq qalacağam.

Mən son nəfəsimə qədər Ermənistan Respublikasına və onun xalqına, “artsax respublikası”na və onun xalqına xidmət edəcəyəm”-oyuncaq “spiker” yazıb. Sonda isə “sabah mən istefa ərizəmi verəcəm”, - deyə elan edib.

İrəvandan göndərilən 19 yük maşını “Laçın” postunun önündə gözləməyə davam edir. Bu barədə İTV yeni videogörüntülər paylaşıb.

Qeyd edək ki, 400 ton (Ermənistan Baş naziri Nikol Paşinyan 360 ton olduğunu bildirir) “humanitar yardım” olduğu bildirilən yük Azərbaycanla razılaşdırılmadan və Bakının razılığı alınmadan, nümayişkaranə şəkildə Xankəndiyə göndərilib.
Azərbaycan isə Qarabağın bir hissəsində məskunlaşan ermənilərin ehtiyac duyduqları bütün zəruri ərzaq və digər məhsulları Ağdamdan tədarük edə biləcəklərini və bunun Brüsseldə razılaşdırıldığını bildirərək, bunu şou, spekulyasiya, manipulyasiya və dünya ictimaiyyətini aldatmağa yönələn oyun adlandırıb.

Erməni teleqram kanalları isə tır sürücülərinin yürüş edəcəyi ilə bağlı xəbərlər yayıb.

Bu və gündəmdəki bir çox xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində politoloq Sülhəddin Əkbərlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR