İnsanlara hürriyət, millətlərə istiqlal!

Sergey Panteleyev: NATO bölgəyə gəlsə bu, Fransa və ya ABŞ deyil, Türkiyə olacaq

760 28.03.2024 14:32 Dünya A A

 

“Ermənistan və bu region Rusiya üçün prinsipial əhəmiyyət kəsb edir və Rusiya Federasiyası Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəmir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Xarici İnstitutunun direktoru Sergey Panteleyev qeyd edib.

“Ukrayna ilə bağlı problem ona görə yaranıb ki, Rusiya uzun müddətdir ki, qırmızı xətlərini müəyyənləşdirir, lakin nə Ukrayna rəhbərliyi, nə də ki, Ukrayna rəhbərliyinin siyasətini müəyyən edənlər bunu başa düşmədilər. İndi qarşıdurmanın intensivləşməsi müşahidə olunur və Qərb hələ də hərbi yolla qalib gələ biləcəyinə ümid edir. Ermənistan və bu region bizim üçün prinsipial əhəmiyyət kəsb edir, lakin biz Ermənistanın vəziyyətin girovuna çevrilməsini istəməzdik. Eyni zamanda təbii ki, biz başa düşürük ki, İran da var, onun da regionla bağlı öz planları var.

Rusiya və KTMT getsə və dünya bildiyimiz kimi boşluğa dözməsə, kimsə bu boşluğu doldurmaq istəyəcək. Gəlin hər şeyi öz adı ilə çağıraq. NATO gəlsə alyansı kimin qoşunları təmsil edəcək? Burada bəziləri düşünürlər ki, bu, ya Fransa, ya da ABŞ olacaq, amma bu, belə deyil, Türkiyə olacaq. Rusiya bunu çox gözəl anlayır, regiondan çıxmaq istəmir və getmək niyyətində deyil”,-deyə rusiyalı politoloq bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR