İnsanlara hürriyət, millətlərə istiqlal!

Ben boşandığı gün ziyafət verəcək

451 26.07.2024 17:19 Şou-biznes A A

Müğənni Cennifer Lopez və aktyor Ben Afflekin iki illik evliliyi bitmək üzərədir.

Cütlük arasında nə baş verdiyi heç kimə bəlli olmasa da, tərəflər boşanmaq üçün məhkəməyə müraciət edib.

"In Touch Weekly"yə bir insayder deyib ki, aktyor boşandığı üçün çox xoşbəxtdir. Ben o qədər sevinir ki, boşandıqdan sonra dostları və ailəsi ilə böyük bir ziyafət planlaşdırır. O, əldə etdiyi azadlığı qeyd etmək istəyir.

"Ben sadəcə olaraq hər şeydən uzaqlaşıb həyatdan zövq almaq istəyir və yaxın dostlarını da özü ilə aparmaq niyyətindədir. O, Corciyadakı evində böyük bir ziyafət təşkil etməyi düşünür. Bu, bir növ ironikdir, çünki məkan onun və CeyLonun toyunun olduğu yerdir" deyə, insayder vurğulayıb.

Onun sözlərinə görə, başqa bir variant Las-Veqasdır. Məhz orada Cen və Ben rəsmi olaraq evləniblər. (Axşam.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR