İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistan İranla sərhəddə TUNEL TİKİR: Kredit ayrılacaq

654 26.07.2024 17:02 Region A A

Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan hökumətin iclasında Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu tərəfindən Şimal-Cənub dəhlizi çərçivəsində İranla sərhəddə Kacaran tunelinin tikintisi üçün Ermənistana 200 milyon dollar kredit ayrılacağını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumatı “Azad İran” telegram kanalı yayıb.

Sanosyan tunelin 7 kilometr uzunluğunda olacağını və tikintisi ilə sözügedən marşrut boyunca nəqliyyatın daha yüksək sürətlə həyata keçiriləcəyini, o cümlədən məsafənin əhəmiyyətli dərəcədə qısalacağını bildirib.

Qeyd olunub ki, tunel İrəvan istiqamətində İran sərhədinə gedən yolda yerləşəcək və hər gün bu yoldan 300-ə yaxın İran yük maşını keçəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR