İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı

620 26.07.2024 17:08 Ölkə A A

Milli aviadaşıyıcı - "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.

Musavat.com AZAL-a istinadən xəbər verir ki, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

Bu ilin I yarısında AZAL-ın sərnişinlərinin sayında illik müqayisədə beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR