İnsanlara hürriyət, millətlərə istiqlal!

Serbiyada silahlı hücum: 8 ölü, 13 yaralı

678 05.05.2023 09:22 Son xəbər A A

Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Mladenovaç şəhərində hərəkətdə olan avtomobildən avtomat silahdan açılan atəş nəticəsində 8 nəfər ölüb, 13 nəfər yaralanıb.

AZƏRTAC xəbər verir ki, Serbiya Daxili İşlər Nazirliyinin yaydığı məlumatda təcavüzkarın əla keçirilməsi üçün “Qasırğa” adlı əməliyyata başlanıldığı və hadisəni törədən 21 yaşlı şəxsin mühasirəyə alındığı, lakin onun təslim olmayaraq atəş açmağa davam etdiyi bildirilir.

Daxili işlər naziri Bratislav Qasiç hadisəni “terror aktı” kimi qiymətləndirib.

Qeyd edək ki, Serbiyada çərşənbə günü Vladislav Ribnikar İbtidai məktəbində 7-ci sinif şagirdi tərəfindən həyata keçirilən hücumda 9 nəfər həlak olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR